“Azərbaycanın uğurları Heydər Əliyevlə başlayıb” – Elşən Musayev

OXUNUB: 296 Özəl GÜNDƏM SİYASƏT
"1993-cü il, 3 oktyabr tarixi Azərbaycan xalqının müdrikliyini təsdiq edən bir tarixdir. Çünki həmin gün milyonlarla insan Ümummilli Lider Heydər Əliyevin Prezident seçilməsi üçün səs verdi, dahi rəhbərə etimad göstərdi və elə Azərbaycanımızın uğurları da məhz bu tarixdən etibarən başladı” – 7news.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev söyləyib.

"Heydər Əliyev Azərbaycanın xilaskarıdır. O olmasaydı Azərbaycan da olmayacaqdı. Heydər Əliyev Azərbaycanı xilas etməyin yükünü öz üzərinə o zaman götürdü ki həmin vaxtlar artıq müstəqilliyimiz tam təhlükədə idi, ölkə qarşıdurma meydanına çevirilmişdi. Bir yandan müharibə, bir yandan "Sadval”, bir yandan Əlikram, bir yandan daxildəki digər anti-milli ünsürlər Azərbaycanı sözün gerçək anlamında didib-parçalayırdılar və bu proses nəticə etibarilə mütləq ciddi fəsadlarla müşahidə olunacaqdı. Amma Heydər Əliyev imkan vermədi ki, həmin ünsürlər və Azərbaycanın düşmənləri istəklərinə nail olsunlar. Heydər Əliyev xaosun qarşısını aldı. Heydər Əliyev dövlət qurdu. Heydər Əliyev müstəqil Azərbaycanı bütün təqiblərdən, təsirlərdən, qara buludlardan qorudu. Heydər Əliyev bizlərin xoşbəxt gələcəyi üçün, dövlətimizin dünya arenasında söz sahibi olması üçün, Azərbaycanın maraqlarının və haqqının müdafiəsi üçün əlindən gələn hər şeyi etdi. 

Heydər Əliyev Azərbaycan tarixinin ən böyük ADIDIR, Azərbaycanın bu günə qədər yetişdirdiyi ən böyük şəxsiyyətdir. Ulu Öndərin ruhu şad olsun. Nur içində yatsın. Zatən o müqəddəs ruhun şad olduğuna hər birimiz əminik. Çünki onun ən böyük arzusu reallaşıb, doğma Qarabağımız işğaldan azad olub” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR