Azərbaycanlı ailə Rusiyada qəzaya düşdü: İki ölü - FOTO/VİDEO

OXUNUB: 966 HADİSƏ

Rusiyanın Saratov vilayətinin Volsk rayonunda iki nəfərin ölümü və altı nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

İcmal.Az yerli KİV-ə istinadla xəbər verir ki, "Sızran-Saratov-Volqoqrad” magistralında "Mitsubishi Outlander”, "Hyundai Creta” və "KIA Rio” markalı avtomobillər toqquşub. 

Hadisə nəticəsində Azərbaycandan olan Cavadovlar ("KIA” markalı avtomobildə hərəkət edirmişlər - red.) və Votskins şəhərindən olan Şaydurovlar ailəsinin üzvləri xəsarət alıblar. 

Məlumatlara görə, "KIA”-nın sürücüsü sürət həddini aşaraq "Hyundai”la toqquşub. Bundan sonra birinci avtomobil "Mitsubishi”yə çırpılıb.

Hadisədən sonra "KIA” yol kənarına aşıb. Qəza zamanı bu avtomobildə olan 1966-cı il təvəllüdlü sərnişin dünyasını dəyişib. Xəstəxanaya çatdırılan Cavadovlar ailəsinin 26 yaşlı xanımının da həyatını xilas etmək mümkün olmayıb. Ailə başçısı, beş və səkkiz yaşlı övladları Volsk rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

"KIA” markalı avtomobildəki digər sərnişin - Nataliya Şaydurova yüngül xəsarət alıb.

Hadisənin təfərrüatı araşdırılır. "Mitsubishi” avtomobilinin sürücüsünün sözlərinə görə, "KIA”-nın sürücüsü sükan arxasında yatıb.

İcmal.Az

RƏYLƏR