Azərbaycanlı aktrisa qısa geyimi ilə OVSUNLADI - FOTOLAR

OXUNUB: 1384 ŞOU-BİZNES
"Vicdan haqqı” serialının məşhur aktrisası Natavan Əfəndiyeva mini donu ilə yenidən gündəm yarada bilib.
Gənc aktrisa dünən "Most Fashionable Awards” mərasimində iştirak edib. Gənc ulduz gecə üçün olduqca cəlbedici paltar seçib. Tədbirə tünd göy, mini donda gələn aktrisa gecənin əsas diqqət çəkən ulduzu olub.
Aktrisa Publika.az-a verdiyi açıqlamada bildirib ki, geyim məsələsində özünə məhduyyət qoymur: "Arıq olduğum üçün istədiyim geyimi özümə yaraşdırıram. Hesab edirəm ki, bədən quruluşum istənilən fasonları sınaqdan keçirməyə icazə verir. Ümumiyyətlə, qısa ətəkləri bəyənirəm, həm də dəbdədirlər”.
Xatırladaq ki, "Miss Azerbaijan- 2014” gözəllik müsabiqəsinin iştirakçısı olan N.Əfəndiyevanın Rüstəm Cəbrayılovla tərəf müqabili olduğu "Don Marleone” filminin təqdimatında geyindiyi arxası açıq paltarı da gündəm olmuşdu.
 
İcmal.Az

RƏYLƏR