Azərbaycanlı aktrisanın qızı məşhur türk rejissoruna ərə gedir – FOTO

OXUNUB: 1126 ŞOU-BİZNES

Gənc Tamaşaçılar Teatrının aktrisası Yasəmən Malikin qızı Cahan Azər məşhur türk rejissoru Savaş Çıkrak ilə ailə həyatı qurur. 

Toy məclisi şəhər restoranlarından birinin həyətində baş tutacaq. Məclisə bir çox sənətkarlar dəvət olunub.

Qeyd edək ki, aktrisamızın qızı Cahan Azər bir müddət Azərbaycanda rejissor və dublyaj sahəsində çalışıb, Türkiyədə magistr təhsili alıb. O həm də Türkiyənin ən məşhur serialları olan "Şefkat tepe”də, "Qalib Dərviş”də çəkilib. Savaş Çıkrak isə Türkiyənin bir neçə məşhur televiziyasında, o cümlədən Habertürk kanalında rejissor vəzifəsində çalışır.

Onunla bağlı Türkiyə mətbuatında "Bülənt Ərsoyun heç sevmədiyi, Hülya Avşarın isə lap çox sevdiyi rejissor” adlı yazılar dərc olunub. Cahan xanım və Savaş bəy hazırda Türkiyədə "Doyuran kareler” adlı sosial layihə üzərində işləyirlər. Onlar küçə heyvanlarına alınan qida qarşılığında insanları pulsuz fotosessiya edirlər./milli

 

İcmal.Az

RƏYLƏR