Azərbaycanlı aktyor Türkiyədə əməliyyat olundu

OXUNUB: 696 ŞOU-BİZNES

Aktyor Tərlan Nur Yaşar Türkiyədə əməliyyat olunub.

İcmal.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda Türkiyə mətbuatı xəbər yayıb.

Xəbərdə bildirilib ki, 7 ildir şəkər xəstəliyindən əziyyət çəkən Tərlan Samsunda əməliyyat keçirib:

"Tərlan iki qapalı metobalik əməliyyat keçirib. Aktyor yüksək dozada insulin istifadə edirdi. İndi insulini atıb Azərbaycana qayıdır".

 

Aktyor daha sağlam bir həyata başladığını bildirib:

"Əməliyyatla məni ailəmə, sənətimə bağışladılar. Bundan sonra daha sağlam bir həyat tərzim olacağına inanııram. Sağlamlığıma sahib olub, sənətimi davam etdirəcəyim üçün çox xoşbəxtəm".

İcmal.Az

RƏYLƏR