Azərbaycanlı alimin fikirləri dünya MEDİASINI SİLKƏLƏDİ - FOTO

OXUNUB: 677 SOSİAL

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovun Yer planeti ilə bağlı fikirləri xarici mediada hələ də müzakirə olunur.

 Həsənov fikirlərini 2015-ci ilin fevralında söyləsə də, Ukraynanın dialog.ua saytı azərbaycanlı alimin elmi yanaşmasını bu günlərdə dərc edib.

Ardınca Ukrayna və Rusiyanın bır sıra saytları də xəbəri tirajlayıblar.

Dialog.ua yazır ki, AMEA-nın əməkdaşı "hamı tərəfindən qəbul edilmiş fərziyyəni” tənqid edib.

"Azərbaycan alim Yer kürəsinin öz oxu ətrafında fırlanmasından şübhələnir. O, öz iddiasına sübut olaraq faktı gətirir: bəzi şimal dövlətlərində, məsələn Norveçdə üç ay müddətinə qədər Günəş batmır. Əgər Yer kürəsi fırlansaydı, Günəş batardı. Deməli, anlamalıyıq ki, bizə verilən dünyəvi məlumatlar elmi də olsa belə bunu sübut edən böyük dəlillərə ehtiyacımız var. Həmçinin 6 ay gündüz və 6 ay gecə olan ölkələr var. Bəs Yer kürəsi necə fırlanır ki, həmin bölgələrdə gecə və gündüz 6 ay davam edir. Belə çıxır ki, həmin ölkədə Yer kürəsi 6 ay fırlanmır?", - sayt Həsənovun fikirlərini xatırladıb.

Bildirilir ki, Əkrəm Həsənov Yerin öz oxu ətrafında fırlanmasına şübhə edən ilk şəxs deyil. Qeyd edilir ki, daha əvvəl Səudiyyə şeyxi Bəndər əl-Heybəri Yerin öz oxu ətrafında fırlanmadığını sübut etdiyini bildirib./publika

İcmal.Az

RƏYLƏR