Azərbaycanlı alimin monoqrafiyası Almaniyada işıq üzü gördü - FOTO

OXUNUB: 1220 SOSİAL

İCMAL.az xəbər verir ki, təqdim olunan elmi monoqrafiyada vətəndaş cəmiyyəti kontekstində birləşmək hüququ problemi nəzərdən keçirilir. Öncə vətəndaş cəmiyyətinin başlıca təminatçısı rolunda çıxış edən hüquqi dövlət problemi ətrafında təhlillər aparılır. Nəzərə çatdırılır ki, ən sadə yanaşmaya əsasən hüquqi dövlət insanın təbii hüquqlarının tam sərbəst təcəssüm etdiyi bir cəmiyyətin əsasında mövcud olur.
Monoqrafiyada izah olunub ki, Azərbaycan Respublikasında vətəndaş cəmiyyəti quruculuğu demokratik inkişafın başlıca xətti kimi müəyyənləşdirilmişdir. Vətəndaş cəmiyyəti hüquqi dövlətin əsas əlaməti kimi qəbul olunur və onun inkişafının bütün zəruri şərtləri təmin olunmaqdadır. Bu baxımdan, həmçinin, birləşmək hüququnun normativ-hüquqi əsaslarının genişləndirilməsi və təkmilləşdirilməsi ciddi diqqət mərkəzindədir. Elmi monoqrafiyada Azərbaycan Respublikasında vətəndaş cəmiyyəti quruculuğu kontekstində birləşmək hüququnun təmin olunması problemi ətrafında təhlillər aparılmışdır.

https://www.morebooks.de/store/gb/book/the-right-to-associate-in-civil-society/isbn/978-3-330-09107-8

İCMAL.az



RƏYLƏR