Azərbaycanlı çempion Türkiyədə güllələndi: 6 nəfər yaralandı

OXUNUB: 910 HADİSƏ

Türkiyənin Kastamonu şəhərində silahlı insident olub.

İcmal.Az BakiPost.az-a istinadən xəbər verir ki, şəhərin bələdiyyə sədri Tahsin Babaş silahlı hücuma məruz qalıb. Hücum nəticəsində 6 nəfərin yaralandığı bildirilir. 

Güllələnənlər arasında Azərbaycanın kikboks üzrə Avropa çempionu Eldar Əlizadə də var. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb, reanimasiyaya yerləşdiriliblər.

Qeyd edək ki, Eldar Əlizadə Türkiyədə yaşayır, orada ali təhsil alırmış

İcmal.Az

RƏYLƏR