Azərbaycanlı gənc Ermənistanın keçmiş baş nazirini və deputatını belə susdurdu - POLŞADA

OXUNUB: 2593 Seçilmiş Önəmli Özəl SİYASƏT
7NEWS.az xəbər verir ki, bu gün Krinisa İqtisadi forumunda maraqlı debat baş tutub. İclas Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna üçün Avropa Birliyinin irəli sürdüyü "Şərq Tərəfdaşlığı Platformasının" son 8 ildə əldə etdiyi nailiyyətlərə baxış adı altında reallaşıb. Məlumatda qeyd olunur ki, debatda bütün ölkələrdən çıxışçılar təyin edilmişdi. 
Debatın gedişatında gözlənildiyi kimi ermənilər öz təxribatçı niyyətlərini ortaya qoydular. Hər bir ölkə Avropa Birliyi ilə əməkdaşlığın iqtisadi aspektlərini, ölkələri üçün gətirdiyi səmərə barədə danışdığı halda ermənilər bu dəfə də öz amplualarında idilər. Ermənistanın keçmiş baş naziri (1993-1996-cı illərdə), müxalifətçi Pan-Armenian Milli Hərəkat Partiyasının sədri Hrant Baqratyan Azərbaycanın iqtisadi göstəricilərini tənqid etməyə başladı. Daha bir erməni rəsmisi isə Avropa Birliyinin xalqların öz müqəddaratını təyin etməsi ilə bağlı prinsipi ilə hesablaşmalı olduğunu bildirdi və Azərbaycandan "fərqli" olaraq sülh istədiklərini dilə gətirdi. Hamının sivil müzakirələr gözlədiyi debatlarda artıq oyun qaydaları pozulmuşdu.
Tədbirdə Azərbaycanı təmsil edən QHT-lərə Dövlət Dəstəyi Şurasının beynəlxalq əlaqələr, analitik təhlil və ekspertiza şöbəsinin rəhbəri Toğrul Məmmədli ölkəmizə qarşı irəli sürülən ittihamlara arqumentlərlə cavab verdi. İlk olaraq Toğrul Məmmədli Hrant Baqratyanın irəli sürdüyü faktları saxta adlandırdıraraq region ölkələrinin iqtisadiyyatı haqqında danışanda qonşu ölkələrin 2017-ci il üçün göstəricilərini az qala Azərbaycanın 2000-ci ildəki büdcəsi ilə müqayisə etdiyini dedi:  "Və bu faktın özü erməni nümayəndə heyətinin gülünc vəziyyətdə qalmasına kifayət edirdi. O ki qaldı, xalqların öz müqəddəratını təyin etmə məsələsinə, Avropa Birliyi üçün bütün münaqişələrin həllində əsas prioritet məhz ölkələrin ərazi bütövlüyüdür.Bu mövqe də beynəlxalq hüquqa əsaslanır. Əgər belə olmasaydı , onda bütün Avropada qondarma rejimlərin sayı çoxalardı. Və hər bir süveren ölkə böyük bir təhditlə, Avropa isə dəyərlərinin süqutu ilə üzləşərdi. Məhz bu səbəbdən Erməni tərəfi xülyaya qapılmasın. Sülhə gəldikdə isə erməni tərəfi mülki vətəndaşlar 2 yaşlı Zəhra balanı və onun nənəsini qətlə yetirməklə dırnaqarasında necə sülh istədiklərini sübut etdilər. Bunu ancaq Barbarlar edə bilərdi və erməni əsgərləri də bunu etdi"

RƏYLƏR