Azərbaycanlı idmançı Türkiyədə rekord qırıb

OXUNUB: 899 İDMAN

Dünən Türkiyənin İstanbul şəhərində keçirilən İstanbul İndoor Cup turnirində həmyerlimiz Zəkiyyə Həsənova Azərbaycan rekorduna imza atıb. 

İcmal.Az xəbər verir ki, o, 60 metr məsafəyə qaçışda 7.45 nəticə göstərərək III yeri tutub. 

Nəzərinizə çatdıraq ki, bu nəticə ilə Zəkiyyə Həsənova ötən ay özü tərəfindən qoyulan Azərbaycan rekordunu (7.48) yeniləyərək yeni ölkə rekorduna imza atıb.

İcmal.Az

RƏYLƏR