Azərbaycanlı idmançılar beynəlxalq yarışlardan kənarlaşdırıldı - SƏBƏB İSƏ...

OXUNUB: 901 İDMAN
Azərbaycan Ağır Atletika Federasiyası bir il müddətinə bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilib.

İcmal.Az report-a istinadən xəbər verir ki, bu barədə Dünya Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsi Rumıniyanın paytaxtı Buxarestdəki iclasında qərar qəbul edib.

Səbəb kimi 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın 3-dən çox, daha dəqiqi 5 atletinin dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsi səbəb olub. Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Çin, Moldova, Qazaxıstan, Rusiya, Türkiyə və Ukrayna da analoji cəzaya məruz qalıb.

Qərar oktyabrın ortalarından qüvvəyə minəcək. Başqa sözlə, bu ölkələr 28 noyabr - 5 dekabrda ABŞ-ın Anahaym şəhərində keçiriləcək dünya çempionatına buraxılmayacaqlar.

Pekin olimpiadasında Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq) və Nizami Paşayev (94 kq), Londonda isə Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verib.
 
 
İcmal.Az

RƏYLƏR