Azərbaycanlı iş adamı böhrandan çıxmaq üçün sahib olduğu hoteli fərqli tərzdə reklam etdi - VİDEO

OXUNUB: 477 MARAQLI

"Helvetia” hotelinin sahibi Yunis Teymurxanlının yazdığı "Narahat olma. Hotelçi qeydləri” kitabının motivləri əsasında serial nümayiş olunub.

İcmal.az xəbər verir ki, serial "Okko” studiyasının sifarişi ilə "Team Films” tərəfindən çəkilib və "Okko” onlayn televiziyasında yayımlanacaq.

Hotelçinin özü serialın gələcək uğuru və ya uğursuzluğu ilə heç bir ticarət əlaqəsinin olmadığını söyləyir, lakin bu layihənin pandemiyadan sonra hotelin piarına kömək edəcəyinə inanır.

Rusiyanın RBK televiziyasına müsahibə verən Y.Teymurxanlının sözlərinə görə, serialın hər bölümü 10-15 dəqiqə davam edir, dəyəri isə 35-47 min manat arasındadır.

"Serialın 10 bölümü təxminən 464 min manata başa gəlib. Layihənin investoru "Sberbank”dır ("Okko”nun səhmdarı). Çəkilişlərin qiyməti film sənayesi üçün orta səviyyədən aşağı idi, çünki çəkiliş prosesi real hoteldə baş tutub, başqa sözlə, dekorasiyaya heç bir xərc çəkilməyib”, - deyə Y.Teymurxanlı bildirib.

Onun sözlərinə görə, "Okko” ilə hotelçi arasında üç kitabının müxtəlif formatlarda filmə uyğunlaşdırılma xərcləri ilə bağlı lisenziya müqaviləsi bağlanıb.

"İlk kitabım üçün mükafat aldım. Bu layihənin bütün riskləri "Sberbank”a və istehsalçılara aiddir. Bir sıra uğursuzluq və ya müvəffəqiyyətin olacağına baxmayaraq, maddi cəhətdən təsiri olmayacaq. Mənim üçün bu, hotelə böyük kapitallaşma vəd edən güclü PR layihəsidir”, - deyə azərbaycanlı iş adamı söyləyib.

Yunis Teymurxanlının sözlərinə görə, Sankt-Peterburqdakı hotellərdə mütəmadi olaraq filmlər, seriallar və digər layihələr üçün çəkilişlər aparılır. Lakin bu filmdə çəkilişlər, həqiqətən, hoteldə baş vermiş səhnələr üzərində qurulub.

Onun sözlərinə görə, belə bir hərəkət pandemiyadan və məhdudlaşdırıcı tədbirlərin aradan qaldırılmasından sonra yeni qonaqların mehmanxanaya cəlb olunmasına kömək edəcək.


RƏYLƏR