Azərbaycanlı iş adamı İstanbulda vuruldu - VİDEO

OXUNUB: 562 HADİSƏ
İstanbulun Mərtər rayonunda azərbaycanlı iş adamı tapançadan açılan atəş nəticəsində yaralanıb.

Azərbaycanlı iş adamı ailə üzvləri ilə axşam saatlarında evə qayıdarkən, yaşadığı binanın qarşısında silahlı hücuma məruz qalıb. Məlumata görə, iş adamı naməlum şəxslərin açdığı 4 atəş nəticəsində ayağından güllə yarası alıb.

Yaralı iş adamı dərhal xəstəxanaya çatdırılıb. Araşdırmalarımız nəticəsində iş həyatı zamanı hər zaman həmyerlilərimizə və Türkiyədə təhsil alan tələbələrə dəstək olan Rasim Babayev ByButa Tour Turizm şirkətinin sahibidir.

Güman olunur ki, hadisəyə köhnə azərbaycanlı iş ortaqları arasında baş vermiş fikir ayrılıqları səbəb olmuşdur.
 
 
İcmal.Az

 

 

RƏYLƏR