Azərbaycanlı iş adamlarını aldadan türkiyəli podratçı saxlanıldı

OXUNUB: 813 HADİSƏ

2002-ci ildə Azərbaycanda təhsil aldığı dövrdə azərbaycanlı iş adamlarını aldadaraq onların 1 milyon 240 min avro vəsaitini mənimsəyən türkiyəli podratçı Əli Osman Kutanoğlu saxlanılıb.

İcmal.Az xəbər verir ki, bu barədə Trend Türkiyənin "Hürriyyət" qəzetinə istinadən məlumat verir.

Məlumata əsasən, Ə.Kutanoğlu azərbaycanlı iş adamlarının pulunu Almaniyada villa satmaq adı ilə mənimsəyib. O, pulu mənimsədikdən sonra Türkiyəyə qayıdıb.

 

Azərbaycanlı iş adamları Türkiyə hüquq-mühafizə orqanlarına və Azərbaycan Ədliyyə Nazirliyinin xətti ilə İnterpola müraciət edib.

İcmal.Az

RƏYLƏR