Azərbaycanlı İŞİD-çi AK partiyasını hədəf almışdı - Şok terror planı

OXUNUB: 782 SOSİAL

Türkiyədə dünən 2 terrorçu azərbaycanlı İŞİD-çi Əbu Hüseyn Cəlilovun ifadəsi əsasında ələ keçirilib.

Hər iki terrorçu polisin Ankarada keçirdiyi əməliyyat nəticəsində ölü olaraq yaxalanıblar.

Məlum olub ki, İstanbulda təqib edilən Əbu Hüseyn Cəlilov iki qruplaşma üzvünü Ankarada kirayəlik bir evdə yerləşdirib. Həmin şəxslər paytaxtda yeni terror planı hazırlığında olublar. Ankara valisi Ercan Topaca terrorçuların AK partiyasının konqresini hədəf aldıqlarını bildirib. /qafqazinfo

 

İcmal.Az

RƏYLƏR