Azərbaycanlı jurnalistlər Minskdə MOK-a baş çəkiblər

OXUNUB: 766 SOSİAL

2019-cu ildə II Avropa Oyunlarının keçiriləcəyi Minskdə səfərdə olan bir qrup azərbaycanlı idman jurnalisti Belarus Milli Olimpiya Komitəsini (MOK) ziyarət edib.

"Media nümayəndələri əvvəlcə yerli MOK-un Muzeyi ilə tanış olublar.

Onlara Belarusun olimpiya hərəkatı, ölkənin uğurlarında böyük payı olan idmançılar barədə məlumat verilib. Onların arasında əslən azərbaycanlı olimpiya çempionu Kamandar Məcidovun da olduğu bildirilib. MOK-un saytında hər bir idmançı haqda yerləşdirilmiş məlumatlar böyük ekranlı monitor vasitəsilə də nümayiş etdirilib.

Jurnalistlər muzeyin interaktiv bölməsi ilə də əyani tanış olublar. Müxtəlif silahlardan hədəfə atəş açılıb, fəxri kürsüdə fotolar çəkilərək, avtomatik dərc olunub.

Qeyd edək ki, bu gün Azərbaycanlı idman jurnalistləri və Belaruslu idman jurnalistləri arasında görüş baş tutacaq.

RƏYLƏR