Azərbaycanlı Moskvada atasının qisasını aldı

OXUNUB: 691 DÜNYA

Rusiyanın paytaxtı Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları ötən ilin sentyabrında qardaşı ilə birlikdə atasının qatilini öldürən şəxs saxlanılıb. 

İcmal.Az xəbər verir ki, "Moskva” nəşri bununla bağlı yerli hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb. 

Yayılan məlumatlara görə, 2017-ci il sentyabrın 18-də Xarkovda yerləşən yaşayış evlərinin birinin blokunda kişi meyiti aşkar edilib. 

Faktla bağlı adam öldürmə və qanunsuz silah saxlama maddələri ilə cinayət işi başlanılıb. Bildirilib ki, öldürülən şəxs 50 yaşlı Azərbaycan vətəndaşı olub: 

"Bu ilin iyunun 13-də  polis əməkdaşları 31 yaşlı Azərbaycan vətəndaşını saxlayıb. O, ötən ilin sentyabrında qardaşı ilə birlikdə "Makarov” tapançasından atəş açmaqla Xarkovda azərbaycanlını öldürməkdə ittiham olunub. Sonradan məlum olub ki, öldürülən şəxs 2000-ci ildə ittiham olunanların atalarını qətlə yetirib”.

Hazırda qətli törətməkdə şübhəli bilinən digər şəxsin axtarışları davam etdirilir. 

İcmal.Az

RƏYLƏR