Azərbaycanlı müğənnini sevən gənc dəlixanaya düşdü - FOTO

OXUNUB: 666 SOSİAL

ARB telekanalında yayımlanan "Səhər-Səhər" verilişinin qonaqlarından biri əməkdar artist Şəbnəm Tapdıq olub.

Verilişin aparıcısı Elgiz subay xanım müğənniyə "Sizin özəl həyatınız hal-hazırda nə yerdədir?" sualı ilə müraciət edib.

Xalq şairi İlyas Tapdığın qızı aparıcının sualına aşağıdakı cavabı ilə diqqət çəkib:

 

"Sevgiyə qalsa, təsəvvür edin ki, 17 yaşımdan səhnədə olmuşam. İndiki kimi olmamışam e... gözəl olmuşam. Nə qədər istəyən var idi. Hətta dərdimdən dəlixanaya düşənlər olub. Biri var idi, əl çəkmirdi. Belə, indi də elçi gəlirlər. Keçən il 30 yaşında bir uşaq dədəsi ilə elçi gəlmişdi. Dedim 30 yaşla 50 yaş olmaz. Siz nə danışırsınız?!"/milli

İcmal.Az

RƏYLƏR