Azərbaycanlı nazirin həbs müddəti uzadıldı

OXUNUB: 429 DÜNYA

Kiyevin Şevçenkov rayon məhkəməsi Ukrayna Dövlət Fiskal Xidmətinin sabiq başçısı Roman Nəsirova qarşı şəxsi iltizam şəklində tətbiq edilən qəti imkan tədbirinin müddətini oktyabrın 11-nə qədər uzadıb.  

Bu barədə İcmal.Az Ukrayna mətbuatına istinadla xəbər verir.

Roman Nəsirov bundan sonra da elektron bilərzik taxmalı və müstəntiqin ilk tələbi ilə dindirilməyə gəlməlidir, həmçinin ona Kiyev vilayətini tərk etməyə qadağa qoyulub.

Növbəti məhkəmə iclası sabah keçiriləcək və prokurorlar ittihamnaməni oxumağa davam edəcəklər. Hazırda 800 səhifəlik sənəddən cəmi 245-i oxunub.

Xatırladaq ki, Ukraynanın Korrupsiyaya qarşı mübarizə bürosu Roman Nəsirovu tutduğu vəzifədən sui-istifadədə və bunun nəticəsində 2 milyard qriven ziyan vurmaqda şübhəli bilir.

Nəsirov ona qarşı sürülən ittihamları rədd edir. 

İcmal.Az

RƏYLƏR