Azərbaycanlı qadın hoteldə ərini öldürüb yandırdı

OXUNUB: 712 HADİSƏ

Türkiyənin Alanya bölgəsinin Karğacık qəsəbəsindəki hotellərdən birində azərbaycanlı qadın iranlı ərini öldürüb, daha sonra otağa və meyitə od vurub.

 Hadisə ötən gecə baş verib.

Hotelin otaqlarından birindən tüstü və alov qalxdığını görən personal yanğınsöndürənlərə və polisə zəng vurub. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürüb.

Məlum olub ki, həmin otaqda qalan ər-arvad müntəzəm olaraq bir-biri ilə dava ediblər. Həmin axşam qadın içki şüşəsi ilə ərini yaralayıb, daha sonra otağa od vurub. O, polislər tərəfindən həbs olunub. Qadın azərbaycanlı olsa da, özü və ərinin İran vətəndaşlığı olduğu bildirilir, kimlikləri açıqlanmır. Qadının öldürdüyü və od vurduğu ərinin meyiti isə xəstəxana morquna aparılıb./virtualaz.org

İcmal.Az

RƏYLƏR