Azərbaycanlı qadın Türkiyə vətəndaşının başına oyun açdı – VİDEO + YENİLƏNİB

OXUNUB: 907 DÜNYA

Azərbaycandan evlənmək üçün qadını Türkiyəyə aparan şəxs dələduzluqla qarşılaşıb. Qadın onun 1200 dollar pulunu və 1000 manatlıq telefonu götürərək aradan çıxıb.

Hadisə Azərbaycanda bir müddət tikinti sahəsində işləyib sonradan Türkiyəyə qayıdan və Qarsda yaşayan Türkiyə vətəndaşı 47 yaşlı Mustafa Mutluərin başına gəlib. 

O, Azərbaycanda Mirzəyeva Fidan Əlamdar qızı adlı bir xanımla tanış olub, sonradan onu evlənmək üçün özünün də könüllü razılığı ilə Türkiyəyə aparıb. Orda kəbin kəsilib və 2 ay yarım birgə yaşayıblar. Sonra isə qadın evdən pul və bahalı telefonu götürərək aradan çıxıb.

Mustafa Mutluər bildirir ki, Fidan Mirzəyeva əvvəlcə Xırdalanda yaşadığını deyib, sonra evlərinin Kürdəmirdə olduğu məlum olub. O deyir ki, aralarında heç bir soyuqluq olmayıb. Mustafa Fidanın bu hərəkətindən sonra bütün qohumlarının yanında başı aşağı qaldığını deyir.

Mustafa onu aldadıb qaçan qadını tapmaq üçün polis və məhkəmə orqanlarına müraciət edib. Məqsədi ona dəyən maddi və mənəvi ziyanı tələb etməkdir./xəzər tv

14:53

Türkiyə vətəndaşı Mustafa Mutluer vətəndaş nikahında olduğu azərbaycanlı xanımı dələduzluqda ittiham edir. 

 Bununla bağlı Qafqazinfo-ya müraciət edən 38 yaşlı Mutluer Fidan Mirzəyeva ilə 3 ay əvvəl birgə yaşamağa başladığını deyib: "Ona nömrəmi kimin verdiyini bilmirəm. 3 ay əvvəl mənə zəng vurdu, tanış olduq. Kəbin kəsdirmək üçün Azərbaycana gəldim. Nikahda onun ailəsindən heç kim iştirak etmədi. Səbəbini soruşanda Kürdəmirin bir kəndində yaşadıqlarını, gələ bilmədiklərini dedi. Nikahdan sonra onu da özümlə birlikdə Türkiyəyə apardım”. 

M. Mutluerin sözlərinə görə, Türkiyədə rəsmi nikah üçün müraciət etmək istəyib. Bu zaman F.Mirzəyeva Azərbaycan səfirliyinə müraciət edərək Bakıya qayıdıb: "Yaxşı maaş alıram, normal yaşayırdıq. Rəsmi nikah bağlamaq qərarına gəlmişdim, o da Azərbaycan səfirliyinə müraciət edərək Bakıya dönmək istəyib. Səbəbini özüm də bilmirəm. Onlar da Fidanı Bakıya göndəriblər. Qayıdarkən özü ilə birlikdə 1200 dollar pulumu və ona aldığım 1000 dollar dəyərində telefonu da aparıb. Maraqlandım, ünvanını tapa bilmədim. Ancaq Xırdalanda yaşadığını deyirlər. 

Burada polisə getdim, hadisənin Türkiyədə olduğunu və bir şey edə bilməyəcəklərini dedilər. İndi məhkəməyə müraciət edəcəm. Götürdüyü pul vecimə deyil, başıma açdığı bu oyuna görə cavab verməyini istəyirəm”.

 

 İcmal.Az

 

RƏYLƏR