Azərbaycanlı qız erməni mahnısı oxuyan Özcana HAQQ VERDİ: "Bizimkilərin çoxu erməni həvəskarıdır"

OXUNUB: 51 ŞOU-BİZNES
Azərbaycanlı vətəndaş erməni mahnısını oxuyub oynayan türkiyəli müğənni Özcan Denizə haqq qazandırıb.

İcmal.Az xəbər verir ki, o, Ö.Denizə mesaj göndərərək bunları yaızb:

"Özcan Deniz də insandır, bilməyib erməni mahnısıdır, qulaq asıb, sonra silib. Sizin səhviniz olmur heç vaxt? Bizim millətin çoxu erməni model Kardaşyanı və onun bacılarını izləyir. Əgər belə şey edirsinizsə birinci özümüzkülərdən başlayın. Çünki bəyənərək baxdığınız o modellər erməni həvəskarıdır".

Ö.Deniz də həmin izləyicinin sözlərini paylaşaraq bunları yazıb:

"Mən musiqiçiyəm. Heç bir millətin musiqisinə düşmən olmaram. Radioda rastıma çıxdı, bütün komanda heyəti hansı dilə aid olduğunu düşünmədən əyləndik. O anımızı isə sizlərlə paylaşdıq.
Mesajlardan sonra erməni mahnısı olduğunu bildim. Sizin həssaslığınızı başa düşərək lövhəmdən sildim. Biz yunanların da mahnısını paylaşırıq. Bizim mədəniyyətimizdə mahnılara düşmən olunmaz. Mənim ölkəmdə bir çox erməni var, sizin kimi düşünmürəm, düşünə də bilmirəm. Hamımız bu ölkədə Türkiyə vətəndaşı olaraq yaşayırıq. Sənətə, mədəniyyətə, musiqiyə düşmən olunmaz. Siyasətə düşmən olunar. 

Mən siyasətçi və siyasətlə məşğul olan sənətçi deyiləm. Azərbaycanlı qardaşlarımızın hirslərini anlayıram və həssaslıq göstərirəm. Mən Azərbaycana sizdən pul qazanmaq üçün konsert və film təqdim etmirəm. Oradakı dostlarımla bərabət türk kinosu ilə sizi yaxınlaşdırmaq istəyirəm. Sosial həyatınızı canlandırmağa çalışıram. Bu dünyaya türk, kürd, erməni, ərəb, yunan olduğu üçün baxmıram. Əgər baxsam, sənətçi olmaram. Onlar insan olduğu üçün baxıram. Sizi sevirəm, acılarınızı sonuna qədər paylaşıram. Sizdən bir mənfəət güdmürəm”.

İcmal.Az

Azərbaycanlı qız erməni mahnısı oxuyan Özcana HAQQ VERDİ:

RƏYLƏR