Azərbaycanlı Rusiya vətəndaşlığı üçün 71 yaşlı qadınla evləndi

OXUNUB: 562 DÜNYA

Rusiya prokurorluğu 50 yaşlı Azərbaycan vətəndaşı ilə 71 yaşlı Çerepovts sakini arasında saxta nikah faktını aşkarlayıb.

Azərbaycanlı vətəndaşlıq almaq üçün sənədlərini müvafiq dövlət orqanına təqdim etdikdən sonra yoxlama aparılıb.    

Məlum olub ki, kişi qadınla iş yerində, kolxoz bazarında tanış olub. Onlar 2009-cu ildə Çerepovsk VVAQ idarəsində nikaha daxil olub.

"Qanuna görə, xarici vətəndaş Rusiya vətəndaşı ilə ailə quran zaman ona kvota nəzərə alınmadan Rusiyada müvəqqəti yaşamaq icazəsi verilir. Sonra o, Rusiya vətəndaşlığı almağı planlaşdırıb və buna nail olub.

Yoxlama zamanı məlum olub ki, Azərbaycan vətəndaşı qadına saxta nikah qurmağı təklif edib, bunun müqabilində isə "həyat yoldaşını” maddi cəhətdən təmin etməyi öhdəsinə götürüb. O, bu vədini yerinə yetirib. Məlum olub ki, cütlük heç vaxt eyni ünvanda yaşamayıb, birgə təsərrüfatla məşğul olmayıb və nikahdan övladları yoxdur.

Nikah ailə qurmaq məqsədilə bağlanmayıb. Ona görə də Ailə Məcəlləsinə əsasən etibarsız hesab olunur”, – deyə prokuror köməkçisi Anton Upadışev bildirib.

Məhkəmə azərbaycanlı ilə Çerepovts şəhər sakini arasında bağlanmış nikahı etibarsızlaşdırıb.  Hazırda kişinin Rusiyadan deportasiya olunacağı gözlənilir./oxu

 

İcmal.Az

RƏYLƏR