Azərbaycanlı Rusiyada kişini diri-diri basdırdı

OXUNUB: 1478 HADİSƏ

Rusiyada hədə qorxu ilə pul almağa çalışanlar qurbanı məzarlıqda diri-diri basdırdılar. Hədə-qorxu gələnlərdən biri Azərbaycan vətəndaşıdır və hal-hazırda o, saxlanılıb. 

İcmal.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in Moskva üzrə İdarəsindən bildiriblər. 

Azərbaycan vətəndaşının da daxil olduğu dəstənin üzvləri iyun ayının 1-də Moskva vilayətinin Lyubertsı şəhərindəki kafedə bir kişi ilə görüşüb və ondan 30 milyon rubl tələb ediblər.

İstədikləri məbləği əldə edə bilməyən dəstə üzvləri "qurban”ını şəhət ətrafında yerləşən qəbristanlığa aparıblar və burada onu diri-diri basdırıblar. Bu da nəticə verməyincə, dəstə üzvləri həmin şəxsi qohumlarına zəng etməyə məcbur ediblər. Qohumlardan yalnız 1 milyon rubl və avtomobli ala bilən "reket”lərdən yalnız 1 nəfər - Azərbaycan vətəndaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

Hazırda zərərçəkən xəstəxanadadır, o, müxtəlif dərəcəli sınıq və travmalar alıb.

Fakt üzrə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 163-cü maddəsi ilə cinayət işi açılıb. Şübhəli şəxslərdən biri saxlanılıb və istintaqa ifadə verir. Dəstənin digər üzvlər axtarışdadır. 

İcmal.Az

 

RƏYLƏR