Azərbaycanlı Rusiyada saxta əskinaslar satıb

OXUNUB: 730 DÜNYA

Tver vilayətinin Kimrı şəhərində qanunsuz yaşayan Azərbaycanlı saxta əskinaslar satıb.

Bu barədə bölgə prokurorluğu məlumat verib.  

Tver vilayətində aşkarlanan saxta pullar arasında daha çox beş minlik əskinaslara rast gəlinir. Qurumun mətbuat xidmətinin məlumatına görə, 38 yaşlı kişi 2017-ci ilin aprel ayında Moskvanın "Timiryazevskaya” metrosunun qarşısında saxta beşminlik əskinaslar alıb.

Daha sonra o, həmin "pulları” qeydiyyatsız yaşadığı Kimrı şəhərinə gətirib.

12 aprel 2017-ci ildə o, aldığı mallara görə iki dəfə həmin pulla ödəniş edib və satıcıdan dörd min rubl və beş min beş yüz rubl məbləğlərində artıq qalan pul qəbul edib.  

Prokurorluq bildirir ki, həmin şəxs üç il müddətinə həbs cəzası alıb və 30 min rubl məbləğində cərimələnib. Azərbaycanlı dələduzun cəzasını ciddi rejimli islah koloniyasında çəkəcəyi bildirilir./oxu

İcmal.Az

RƏYLƏR