Azərbaycanlı şagirdlər beynəlxalq olimpiadada 3 medal qazanıblar

OXUNUB: 557 SOSİAL

Çexiya və Slovakiya respublikalarında şagirdlər arasında keçirilən 50-ci Beynəlxalq Kimya Olimpiadasında (İCHO 2018) Azərbaycan məktəbliləri növbəti uğura imza atıblar. 

Təhsil Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, Azərbaycanı olimpiadada 4 şagird təmsil edib.

Bakı şəhər akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Ramil Babazadə olimpiadanın gümüş, Bakı şəhər 160 nömrəli klassik gimnaziyanın 11-ci sinif şagirdi Nəriman Mirişov və Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü liseyin 11-ci sinif şagirdi Turan Məmmədli bürünc medallarını qazanıblar.

Kimya-biologiya təmayüllü Respublika liseyinin 10-cu sinif şagirdi Əli Əliyev olimpiadanın Həvəsləndirici sertifikatına layiq görülüb.

 

İcmal.Az


RƏYLƏR