Azərbaycanlı teleaparıcıdan təhqiredici sözlər: “Gedin qızınızın, arvadınızın...”

OXUNUB: 999 ŞOU-BİZNES
Aparıcı Sərxan Kərəmoğlunun müğənni Mətanət Əsədovanı efirdə öpüşlərə qərq etməsi böyük qalmaqala səbəb olub.

Sərxan Kərəmoğlu bu mövzuda onu tənqid edənlərə cavab verib:
 
"Tərbiyəsizlər! İlk növbədə gedin öz evinizdə qeyrətdən, namusdan danışıb, oranı düzəldin, sonra kiminsə həyatına burnunuzu soxun. Mətanət dostumdu, qardaşımdı, özümüz bilərik, öpmüşəm, əcəb eləmişəm. Qeyrətli oğlanlar və bizə tərbiyəsiz yazanlar, gedin evinizdə qızınızın, arvadınızın, bacınızın türk ulduzları gələndə özlərini yolanlara fikir bildirin. Və qeyrətinizi o zaman bildirin. Evinizdə flmlərdə öpüşmə səhnəsi gedəndə evdəkiləriniz bəlkə televizoru yalayır. Xəbəriniz olmur. Çünki sizin gözünüz onun-bunun orasında-burasındadır. Bəzi əli mənə çatmayan sənət adamlari "bu nə aparıcıdır?” deyə başqa profildən kommentlər yazırsız. Ayıb olsun sizə ki, sənətə gəlmisiniz”, deyə aparıcı sosial şəbəkədə yazıb. 
 
Xatırladaq ki, "Lider TV"də yayımlanan "Evimin qonaqları” adlı proqramda aparıcı Sərxan Kərəmoğlu sənətçini "Ay Allah, nədir bu? Baldı, bal! Nə gözəl parfum vurub gəlmisən. Parfumunun dadı, özünün dadı, bədəninin dadı… 18 plyusdur, artıq hər şey eləmək olar” deyərək opüb. İzləyicilər isə hər iki sənətçinin hərəkətini tərbiyəsizlik kimi qiymətləndirərək onları tənqid ediblər./sfera
ICMAL.az

RƏYLƏR