Azərbaycanlı tələbə Türkiyədə partlayış zamanı ölüb

OXUNUB: 629 DÜNYA

Türkiyədə azərbaycanlı tələbə partlayış zamanı ölüb. 

İcmal.Az bildirir ki, bu barədə Report-un Qərb bürosuna dünyasını dəyişən tələbənin qohumları məlumat veriblər.

Məlumata görə, Samux rayonunun Qarabağlılar kənd sakini, 1968-ci il təvəllüdlü İsrafil Etibar oğlu Allahverdiyev və onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Aynurə Əşrəf qızı Allahverdiyeva Türkiyədə təhsil alan övladlarına baş çəkmək üçün ora gediblər. Onların qaldığı evdə qaz partlayıb. Hər iki valideyn yanıq xəsarətləri alıb, onların övladı isə aldığı xəsarətlərdən Türkiyədə dünyasını dəyişib. Valideynlər Azərbaycana gətirilib. Ağır yanıq xəsarətləri alan İ.Allahverdiyevin vəziyyəti pisləşib. 

İcmal.Az

RƏYLƏR