Azərbaycanlı Ukrayna həbsxanasında aclıq elan etdi – FOTO

OXUNUB: 169 DÜNYA

Ukraynanın Melitopol şəhər Məhkəməsi ölkənin hərbçisinə hücumda ittiham edilən Azərbaycan vətəndaşı ilə bağlı qərar qəbul edilib. 

İcmal.Az Ukrayna mətbuatına istinadla xəbər verir ki, şübhəli şəxs guya qızın tərəfini saxlayan hərbçini yaralayıb.

"Bizim oğlan bir neçə gün əvvəl ordudan təxris olub. Gecə vaxtı o, küçədə bir neçə oğlanın qıza sataşdığını görüb. Onlar qızı vuranda həmin şəxslərin yanına gedib və belə etməyin düzgün olmadığını deyib. Aralarında münaqişə düşüb.  

Bu kişi bıçağı götürüb və onu qarnından yaralayıb. Sonra həmin şəxslər maşına minib və oradan uzaqlaşıb”, - Vladimir Minko bildirib. 

Azərbaycan vətəndaşı həmin gün saxlanılıb. Ona qarşı ittiham irəli sürülüb. O, məhkəmə zalında əməlini etiraf edib və bildirib ki, hərbçini qəsdən vurmayıb, sadəcə, özünü qorumağa çalışıb. 

Məhkəmə onun barəsində 60 sutkalıq həbs cəzası qərarı çıxarıb. Bu qərara etiraz edən azərbaycanlı aclıq elan edib. 

 

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}