Azərbaycanlı və gürcü gənclər Tbilisidə bir araya gəldi: “Qafqazda sülh istəyirik!”

OXUNUB: 903 SİYASƏT

Tbilisidə "Qafqazda sülh: Gürcüstan-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsində gənclərin rolu” mövzusunda konfrans keçirilib.

Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Assosiasiyası (GAHA) ilə Azərbaycanın İslahatçı Gənclər İctimai Birliyinin birgə keçirdiyi tədbirdə azərbaycanlı və gürcü gənclər, elm və siyasət adamları, tələbələr iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü, müstəqilliyi uğurunda şəhid olan qəhrəmanların xatirəsi ehtiramla yad olunub.

GAHA-nın təsisçisi, hüquqşünas Əli Bədirov Azərbaycan ilə Gürcüstan arasındakı qədim dostluq əlaqələrindən danışıb. Bildirib ki, Azərbaycan və gürcü xalqlarının dövlətçilik və müstəqillik uğurundakı mübarizə tarixində də oxşarlıq var.

Sonra İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı çıxış edərək, qeyd edib ki, bu gün bəzi qüvvələr həm ikitərəfli münasibətlərimizə zərbə vurmağa, həm də hamımızın evi olan Qafqazda münaqişələr yaratmaqla sabitliyi pozmağa çalışırlar. Sağlam gənclik bunu görür, başa düşür və buna qarşı mübarizə aparır.

Gürcü politoloq Giorgi Qoqua çıxışında Azərbaycan-Gürcüstan dostluğunun tarixinə nəzər salıb. O, 1918-ci ilin mayında Azərbaycanın və Gürcüstanın Tbilisidə müstəqillik bəyannamələrini qəbul etdiklərini xatırladıb və bildirib ki, bugün həm Azərbaycan, həm də Gürcüstan regionda sabitlik, sülh və tərəqqi uğurunda birgə mübarizə aparırlar.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov çıxışında hər iki xalqın ortaq tarixi, mədəniyyəti və gələcək hədəfləri barədə söz açıb, beynəlxalq platformalarda Azərbaycan və Gürcüstan nümayəndələrinin eyni mövqedən çıxış etdiyini və ölkələrin ərazi bütövlüyünün vacib şərt olduğunu diqqətə çatdırıb. Ötən ay Gürcüstanın Axalkalaki bölgəsində erməni cəlladı Mixail Avaqyana abidə ucaldılması məsələsinə toxunan hüquq müdafiəçisi bunu üçüncü qüvvələrin təxribat cəhdi kimi qiymətləndirib və Gürcüstan hökumətinin bu səhvi tezliklə aradan qaldıracağına inandığını bildirib.

Daha sonra Gürcüstanda yaşayan ictimai-siyasi fəal Nərgiz Əliyeva, gürcü siyasi ekspert və şərhçi Alika Quçua, qafqazşünas Nodar Tabadze, elmi araşdırmaçı Emilya Allahverdiyeva və başqaları çıxış ediblər.

Sonda Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında fərqlənən bir qrup gürcü gəncə diplom, tərifnamə və hədiyyələr təqdim olunub.

http://aidhr.org/az/wp-content/uploads/2019/02/deyirmi_masa1-4-768x434.jpeg 768w, http://aidhr.org/az/wp-content/uploads/2019/02/deyirmi_masa1-4.jpeg 1200w" sizes="(max-width: 450px) 100vw, 450px" style="padding: 0px; margin: 5px auto 10px; border-width: 0px; border-style: initial; display: block; border-radius: 5px;" />http://aidhr.org/az/wp-content/uploads/2019/02/deyirmi_masa2-2-768x433.jpeg 768w, http://aidhr.org/az/wp-content/uploads/2019/02/deyirmi_masa2-2.jpeg 1200w" sizes="(max-width: 450px) 100vw, 450px" style="padding: 0px; margin: 5px auto 10px; border-width: 0px; border-style: initial; display: block; border-radius: 5px;" />http://aidhr.org/az/wp-content/uploads/2019/02/deyirmi_masa3-2-768x431.jpeg 768w, http://aidhr.org/az/wp-content/uploads/2019/02/deyirmi_masa3-2.jpeg 1200w" sizes="(max-width: 450px) 100vw, 450px" style="padding: 0px; margin: 5px auto 10px; border-width: 0px; border-style: initial; display: block; border-radius: 5px;" />http://aidhr.org/az/wp-content/uploads/2019/02/deyirmi_masa4-2-768x431.jpeg 768w, http://aidhr.org/az/wp-content/uploads/2019/02/deyirmi_masa4-2.jpeg 1200w" sizes="(max-width: 450px) 100vw, 450px" style="padding: 0px; margin: 5px auto 10px; border-width: 0px; border-style: initial; display: block; border-radius: 5px;" />


RƏYLƏR