Azərbaycanlı “Yeni dalğa 2018”-in finalına çıxdı - VİDEO

OXUNUB: 1063 ŞOU-BİZNES

Azərbaycanlı ifaçı, "Səs” telelayihəsinin iştirakçısı Emil Qədirov gənc ifaçılar arasında keçirilən "Yeni dalğa 2018” beynəlxalq müsabiqəsinin finalına çıxıb. 

İcmal.Az xəbər verir ki, ifaçı bununla bağlı məlumatı sosial şəbəkə hesabında yayıb.

Müsabiqənin finalı 2018-ci il 4-9 sentyabr tarixlərində, Soçidə keçiriləcək. 

Qeyd edək ki, müsabiqənin əsas məqsədi musiqi istedadlarını üzə çıxarmaqdır. Münsiflər heyətinin tərkibinə hər ilə Rusiyanın və dünyanın ən məşhur musiqiçi və artistləri daxil olur. Müsabiqədə gənclərə dəstək vermək üçün Rusiya və dünya ulduzları çıxış edir. 

Emil Qədirov Azərbaycanda doğulub. Rəşid Behbudov adına Bakı Musiqi Məktəbinin klassik gitara üzrə bitirib və Belqrad musiqi kollecinin məzunudur. Beynəlxalq müsabiqələr laureatıdır. 

İcmal.Az

RƏYLƏR