“Azərbaycanlılar anlamalıdırlar ki, mənim qəlbim ermənilərlədir” — Rusiyalı telejurnalist

OXUNUB: 666 DÜNYA SİYASƏT
SSRİ və Rusiya televiziya jurnalisti və aparıcısı, Rusiya Televiziyası Akademiyanın birinci Prezidentı (1994-2008) Vladimir Pozner təəssüf edir ki, bu yaxınlar Ermənistana səfər etdiyi vaxt Dağlıq Qarabağa getməyə imkan tapmayıb. 


İcmal.Az xəbər verir ki, bu barədə o, Ermənistanın İctimai televiziyasına verdiyi müsahibədə deyib.


Pozner qeyd edib ki, Ermənistana və ermənilərə böyük simpatiya ilə yanaşır və erməniləri "çox ağıllı” hesab edir. 


Jurnalist vurğulayıb ki, ermənilərin çətin vəziyyətlərdə yaşamaq və sağ qalmaq kimi unikal qabiliyyətləri onu cəlb edir. Eyni zamanda, ermənilərin "heç nəyə baxmayaraq, həyat zövq almaq” bacarıqları xoşuna gəlir.


"Təəssüf ki, Dağlıq Qarabağda olmamışam. Məmnuniyyətlə gedərdim. Lakin vaxt tapmadım. Gedib öz mövqeyimi bilirərdim ki, hamı, o cümlədən cənab azərbaycanlılar da bilsin ki, mənim qəlbim bu tərəfdədir, o tərəfdə deyil”, - virtualaz.org "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Pozner belə deyib.


Bununla birlikdə, Pozner bildirib ki, onu Bakının "qara siyahı”sı maraqlandırmır, hər şeydən savayı, bu siyahı onda gülüş doğurur.


"Məni qara siyahıya salacaqlar, nə olsun? Düşünürəm ki, bundan sonra gecələr sakit yatmaqda davam edəcəyəm”, - jurnalist vurğulayıb.


Pozner eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanla ünsiyyətdən sonrakı təəssüratları ilə bölüşüb. 


Onun sözlərinə görə, hökumət başçısı üçün jurnalist peşəsi vacib olaraq qalır, bəlkə də ən vacibidir.


"Mən hətta ona deməyi düşündüm ki, eyni vaxtda həm jurnalist, həm də baş nazir olmaq olmaz. O, ünsiyyətdə çox sadə insandır, onunla söhbət etmək xoşdur. Bu cür statuslu insanlarda nadir rast gəlinən dinləmək bacarığı var. Çox xoş insandır”, - Pozner deyib.(virtualaz.org)
 
 İcmal.Az

RƏYLƏR