Azərbaycanlılar brakonyerlik fəaliyyətinə görə Qazaxıstanda saxlanıldı

OXUNUB: 570 HADİSƏ

Azərbaycanın 4 vətəndaşı brakonyerlik fəaliyyəti ilə məşğul olduğuna görə Qazaxıstanda saxlanılıb,İcmal.Az Qazaxıstan KİV-inə istinadən xəbər verir.

Qazaxıstanın Regional Sərhəd Mühafizəsi İdarəsinin əməkdaşları iri həcmdə nərə balığı partiyası aşkarlayaraq müsadirə edib və brakonyerləri saxlayıblar.

Göyərtədə azərbaycanlılarla yanaşı, 5 qazaxıstanlı da olub. Sərhədçilər ümumi uzunluğu 27500 metr olan tor şəbəkəsini gəminin göyərtəsinə qaldırıblar.

İcmal.Az

RƏYLƏR