Azərbaycanlılar “O səs Türkiyə”də yarımfinala çıxdı – VİDEO

OXUNUB: 689 ŞOU-BİZNES

Həftəsonu "O səs Türkiyə” yarışmasının "Duel” turları keçirilib.

 Yarışmada iştirak edən azərbaycanlılar Ayla Ray və Pərvin Səfərov da duellərdə iştirak edib.  

Səfərov səhnədə "Yorğun illərim” adlı mahnı ilə çıxış edib. Murad Bozun komandasında olan iştirakçımız üç nəfər arasından növbəti tura keçməyi bacarıb.

Ayla Ray isə "Black Velvet” mahnısını ifa edib. Duelin sonunda Yıldız Tilbe komandasında yarışan Aylanı dueldən qalib çıxarıb.

Qeyd edək ki, hər iki həmyerlimiz "O səs Türkiyə”nin yarımfinallarında çıxış edəcək./oxu

İcmal.Az

RƏYLƏR