Azərbaycanlılar Ukraynanın Daxili İşlər Nazirliyinin binası qarşısında mitinq keçirdi

OXUNUB: 19 SOSİAL
Azərbaycanlılar Ukraynanın Daxili İşlər Nazirliyinin binası qarşısında mitinq keçiriblər.

Bu barədə Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev məlumat verib. Verilən məlumata görə, Ukraynadakı Azərbaycan diasporunun bir neçə yüz nümayəndəsi Kiyevdəki Daxili İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

Aksiyaya təxminən 150 azərbaycanlı toplaşıb. Həmyerlilərimiz hüquq-mühafizə orqanlarını Ukraynada azərbaycanlılara qarşı təzyiq göstərən, onların nümayəndələrini oğurlayan cinayətkarlara müqavimət göstərməyə çağırıblar. Onlar son vaxtlar Ukraynada azərbaycanlılara qarşı cinayətlərin artmasına, xüsusilə adam oğurluğu hallarına DİN tərəfindən lazımi reaksiya verilməməsinə, tədbirlər görülməməsinə etirazlarını bildiriblər.
"Son vaxtlar azərbaycanlıların Ukraynada yoxa çıxma və oğurlanması kimi hadisələr çoxalıb. Həmyerlilərimizə qarşı cinayət hadisələri də artıb. Çox təəssüf ki, bu tipli cinayətlərin üstü açılmayıb”, - deyə Rövşən Tağıyev bildirb.

Etirazçılar indiyə qədər azərbaycanlıların qurbanı olan cinayətlərin üstünün açılmamasına etirazlarını bildiriblər./ölkə
 
 
İcmal.Az

RƏYLƏR