“Azercell” çökdü: Zəng və internet xidmətləri işləmir

OXUNUB: 1362 Texnologiya Özəl AZƏRBAYCAN HADİSƏ SOSİAL

7NEWS.az xəbər verir ki, bununla bağlı mobil operator istifadəçiləri sosial şəbəkədə məlumat paylaşıb. Bildirilib ki, hazırda abonentlərin zəng və internetdən istifadəsində məhdudiyyət yaranıb. Şirkətin yarıtmaz fəaliyyətini qurum özü də təsdiqləyib. 

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən "Azercell"in şəbəkəsində problem yaranıb. Belə ki, mobil operatorun abunəçilər zəng və internet xidmətlərindən istifadə edə bilmirlər. Məlumat üçün qeyd edək ki, "Azercell” son billər xidmət səviyyəsinə görə ölkədə sonuncu yerdə dayanır. Sosial şəbəkə istifadəçiləri bu və bu kimi problemlərin "Azercell”də tez-tez olduğunu qeyd ediblər. Məsələ burasındadır ki, şirkət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeçiliyinə keçəndən sonra "qara" günlərini yaşayır. 

Mövzunu davam etdirəcəyik.

7NEWS.az

RƏYLƏR