Azəri Günel nişanlısından ayrıldı? – FOTO

OXUNUB: 1355 ŞOU-BİZNES

Uşaqlıq illərindən ailəsi ilə birlikdə Türkiyədə yaşayan azərbaycanlı müğənni Azəri Günel Zeynalovanın 2016-ci ildə nişanlandığı türkiyəli iş adamı Cem Ozan Torunlardan ayrılması baradə xəbərlər yayılıb. Cütlük "Instagram”da bir-birini izləməkdən imtina edib və birlikdə çəkilmiş fotoşəkillərini silib.

İcmal.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, yaxın ətrafına bu münasibətin uzun müddət davam edə bilməyəcəyindən bəhs edən Cem Ozan Torunlar sosial şəbəkədə sanki Güneli hədəf alan ağır sözlər yazıb.

"Canımı yandırandan sonra heç bir şey olmamış kimi halallıq istəyənlər, cəhənnnəmdə yandığınızı görsəm, üzərinizə benzin tökəcəyəm”, - deyə o qeyd edib.

Azəri Günel Zeynalova isə "Instagram”da aşağıdakı şərhi yazıb: "Görmək üçün baxmağı da bacarmalısan, istənilən şəraitdə onu sevə bilmək üçün sayğı və səmimiyyət olmalıdır. Hər bir şey sayğı və hörmətdən asılıdır, hətta eşq bitsə belə, sevgi dostdur, candır, canandır, yardır, sonsuzdək etibar edə biləcəyin insandır.

Aç gözünü, bax, görmək istədiklərini görmədikcə insan kədərli olar. Amma insan tamahkardır, dəyər bilməz, ancaq iş-işdən keçəndən sonra anlayar itirdiklərini... Ey insanlar, sadəcə, ailə insanı nə olmasından asılı olmayaraq, qarşılıqsız sevir, əllərindən bərk-bərk tutur. Odur ki, həmişə yanınızda olan dəyərli insanları itirməyin, sevin və hörmət edin”.

Xatırladaq ki, müğənni bu münasibətə qədər 7 illik sevgilisi, iranlı iş adamı Rza Zərrabdan ayrılmış, sonrakı illərdə isə türkiyəli iş adamı İnanc Başəyməzlə nişanlanmışdı.

İcmal.Az

RƏYLƏR