“Azərilər türkcə danışan farsdır” - Əli Yunisi

OXUNUB: 1328 İQTİSADİYYAT
İran prezidenti Həsən Ruhaninin köməkçisi Əli Yunisinin "Azərilər türkcə danışan farsdır” sözləri İran İslam Şurası Məclisində (parlament) təmsil olunan bəzi türk əsilli millət vəkilləri etirazına səbəb olub.

BNEWS.az Türkiyə mətbuatına istinadən bildiri ki, Əli Yunisin "Azərilər türkcə danışan farsdır” sözlərinə etiraz olaraq Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur, Hadi Bahadır daxil daha 50 millət vəkili imza toplayaraq İran prezidenti Həsən Ruhaniyə məktub ünvanlayıblar.
 
Məktubda qeyd edilir: "Əli Yunusinin İrandakı azlıqlarla bağlı bu açıqlamaları ölkə təhlükəsizliyinə zərər verir. Quranda da irqi ayrı-seçkilik etmək böyük günah hesab olunur. Onun bu məktubu azəri, türkman, qaşqay, xəzər kimi türk dilində danışan, ölkənin təxminən 40 faizini təşkil edən Türk qövmünə böyük təhqirdir”.
 
İcmal.Az

RƏYLƏR