“Azərişıq” rəhbərliyi Gəncədə qəbul keçirəcək

OXUNUB: 290 SOSİAL
"Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov aprelin aprelin 8-də Gəncə şəhərində Gəncə, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edəcək.

7News.Az xəbər verir ki, qəbul "Azərişığ”ın Gəncə şəhəri, Rüzgar Qasımov küçəsi, dalan 2, bina 10 ünvanında yerləşən Qərb RETSİ-nin inzibati binasında keçiriləcək.

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.

Qəbulda iştirak etmək istəyən şəxslər Gəncə EŞ-ə və ya "Azərişıq” ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

RƏYLƏR