"Azərsu" ASC - dən pandemiya dönəmində rüsvayçılıq: 4 gündür...

OXUNUB: 864 index-manşet İQTİSADİYYAT SOSİAL
"Azərsu"ASC pandemiya dönəmində bir neçə küçəni susuz qoyub.
7News.Az xəbər verir ki, Abşeron rayon Masazır kəndinə 4 gündən artıqdır ki, içməli su verilmir. Bununla bağlı redaksiyamıza şikayətlərin ardı-arası kəsilmir.

Müraciəti olduğu kimi təqdim edirik:

"Biz, Abşeron rayonu, Masazır kəndinin bir qrup sakini (Nizami, Rafiq Dünyamalıyev, Hüseyn Cavid küçələri) artıq xeyli müddətdir ki, su təchizatı baxımından ciddi çətinliklərlə üz-üzəyik. "Azərsu” bizi su problemi girdabına atsa da, bu vəziyyətdən çıxarmaq üçün heç bir iş görmür. Səbrimiz isə artıq tükənməkdədir. Təsəvvür edin ki, son olaraq 4 gündür yaşadığımız əraziyə su verilmir. Bundan öncə də su təchizatında uzun fasilələr müşahidə olunub. "Azərsu” ASC-nin "Qaynar xətti”nə müraciətlərimiz heç bir fayda vermir. Sanki sonsuz dəryaya daş atırsan. Müxtəlif KİV-dən pandemiya ilə əlaqədar təmizliyə riayət olunması barədə tövsiyələr eşidirik. Bunu məmnuniyyətlə də yerinə yetirmək istərdik. Amma hansı su ilə?"

Qeyd edək ki, əməkdaşlarımız sözügedən qurumun mətbuat katibi Anar Cəbrayıllı ilə gün ərzində əlaqə saxlamağa çalışsa da, cəhdlər uğursuz olub.
 
 
7News.Az

RƏYLƏR