“Azərsun Holdinq”ə daxil olan şirkət cərimələndi

OXUNUB: 870 İQTİSADİYYAT

"Azərsun Holdinq”ə daxil olan şirkətlərdən biri cərimələnib.


Holdinqə daxil olan Bakı Qida və Yağ Fabriki ilə bağlı Dövlət Yol Polisi (DYP) İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə protokol tətbiq edib.


Nizami rayon Məhkəməsi isə həmin protokol əsasında şirkətin 300 manat məbləğində cərimələnməsi barədə qərar qəbul edib./Foodinfo.az

 

İcmal.Az

RƏYLƏR