Azğın direktor şagirdlərə divan tutdu - Allahabadda allahsız əməl - VİDEO - FOTO

OXUNUB: 727 DÜNYA

"Sizə demişdim axı - cəza ağır olacaq! Alın, gəldi!"

Bunu deyən direktor əlindəki taxta parçaları ilə şagirdləri vurmağa başlayıb. Taxta zərbələrdən qırılanda direktor yeni zopa götürərək "cəza"nı davam etdirib.

 Olay Hindistanın şərqindəki Allahabad şəhərinin yaxınlığındakı Fafamau şəhərciyində, özəl məktəbdə baş verib.

Məktəb direktoru 4 oğlan və 2 qız şagirdi amansızlıqla, qəddarcasına döyüb.

Zərbələr nəticəsində qızlar huşlarını itiriblər. İki oğlan şagirdin isə qolları və qabırğalarında sınıqlar olub.

Döyülən şagirdlərdən birinin anası direktordan şikayətlənsə də, sonradan yerli bələdiyyə, polis və məktəb rəhbərliyinin təzyiqləri nəticəsində susmaq məcburiyyətində qalıb.

Videogörüntüləri həmin məktəbdə müəllim işləyən Aşiş Mani Tivari çəkib.

 

"Məktəb direktoru, sanki, cəlladdır. O, "nizam-intizamı bərqərar etmək" adı ilə şagirdləri döyməyə adət edib", - Tivari söyləyib.

Tivari videonu Facebook-dakı profilində paylaşandan 2 saat sonra işdən qovulub.

Allahabad şəhər polisi olayla bağlı cinayət işi qaldırıb, istintaq gedir./milli

Azğın direktor şagirdlərə divan tutdu - Allahabadda allahsız əməl - VİDEO - FOTO

Azğın direktor şagirdlərə divan tutdu - Allahabadda allahsız əməl - VİDEO - FOTO

 

Azğın direktor şagirdlərə divan tutdu - Allahabadda allahsız əməl - VİDEO - FOTO

İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azğın direktor şagirdlərə divan tutdu

RƏYLƏR