“Azmeat”: Məqsədimiz əhalini təzə ətlə təmin etməkdir - FOTO

OXUNUB: 1295 İQTİSADİYYAT

Azərbaycanın ət istehsalçısı "Azmeat Production” MMC Azərbaycanda halal kəsim qaydalarına əməl etməklə yanaşı, bütün növ beynəlxalq standartlara uyğun fəaliyyət göstərir.

İcmal.Az xəbər verir ki, bunu Report-a açıqlamasında şirkətin direktoru Firəngiz Elyazova deyib.

"Məqsədimiz əhalini təzə və bütün gigiyenik qaydalara uyğun ətlə təmin etməkdir”

Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət 2017-ci ilin may ayından fəaliyyətə başlayıb və məqsədi əhalini təzə, bütün gigiyenik qaydalara uyğun ətlə təmin etməkdir: 
"Azmeat”də peşəkar mütəxəsislər fəaliyyət göstərir. Şirkət iri və xırda buynuzlu heyvanların halal yolla kəsimini həyata keçirən iki ayrı-ayrı xətdən ibarət, alman texnologiyası əsasında qurulmuş müəssisədir. Kəsimə daxil olan heyvanlar mütləq baytarlıq sertifikatı, sağlam olmaları barədə arayışla qəbul edilir. Kəsim prosesinə və hazır məhsulun müştəriyə çatdırılmasına baytar həkimi nəzarət edir. "Azmeat” qida təhlükəsizliyinin idarə edilməsi sistemi üzrə beynəlxalq "İSO 22000:2005” sertifikatına malikdir”.

"Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq edəcəyik”

"Hesab edirəm ki, heyvanların düzgün kəsilməsi qida təhülkəsizliyinin ən ümdə vəzifələrindən biridir. Yeni yaradılmış Qida Təhülükəsizliyi Agentliyi ilə qarşılıqlı əməkdaşlıq edəcəyimizə ümid edirəm. Düşünürəm ki, həm onlar bizə, həm də biz onlara kömək edəcəyik ki, Bakının küçələrində heyvan kəsiminin qarşısını alaq. Çünki bu, antisanitariyadır. Müəssisənin gücü çatır ki, bütün Bakıya heyvan kəsimi xidməti göstərsin. 3 böyük soyuducu kameramız mövcuddur. Vakuum paketlənməsi və məhsulun çeşidlənərək əhaliyə çatdırılması üçün şəraitimiz var. Bir növbədə - 8 saat ərzində 400-500 xırda və 100-150 iri buynuzlu heyvanın kəsilməsi, emal edilib soyuducuda saxlanılması mümkündür”, - deyə F.Elyazova bildirib. 

"Yerli fermalardan heyvan alırıq”

Şirkət rəhbərinin sözlərinə görə, "Azmeat” istehlak bazarında yeni olsa da, artıq bir neçə böyük supermarketlər şəbəkəsi ilə əməkdaşlıq edir: "Belə ki, müəssisədə kəsilmiş təzə soyudulmuş ətin "Azmeat” brendi altında birbaşa satışı həyata keçirilir. Həmçinin, şirkət bir neçə restoranı da ətlə təchiz edir. Yerli bazarın təlabatını ödəmək üçün Azərbaycanda fəaliyyət göstərən orta və iri fermalarla yaxından əməkdaşlıq edirik, heyvan alırır. "Azmeat”ın istehsal sahəsi Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində, logistik baxımdan münasib ərazidə yerləşir: 
"Bu, diri heyvanların şəhərin  mərkəzinə daxil olmadan müəssisəyə daşınmasına şərait yaradır. Müəssisənin imkanlarından həm də kənar fiziki və hüquqi şəxslər də istifadə edə bilərlər. Yəni, başqa sahibkarlara məxsus heyvanlar da burada kəsilərək soyudula və maşınlarımız vasitəsilə lazımi ünvanlara çatdırıla bilər”. 

"Steyk ətlərin istehsalına başlayacağıq”

"Azmeat” yaxın vaxtlarda steyk ətlərin istehsalına başlamağı planlaşdırır. F.Eyvazova deyir ki, müəssisədə ətin dondurulması və çeşidlənməsi üçün aparatlar sifariş verilib: 
"Bu yaxınlarda həmin aparatları alacayıq. Biz steyk ətini təcrübədən keçirmişik”.

"İrana ət ixrac edirik, BƏƏ-yə ixracla bağlı danışıqlar aparırıq”

"Azmeat” hazırda Bakıda keçirilən Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2018” sərgisinin iştirakçılarından biridir. Şirkət rəhbərinin sözlərinə görə, sərgini ziyarət edənlərin onların stendinə marağı böyüküdür: 

"Sərgi çərçivəsində yeni tərəfdaşların tapacağımıza ümid edirik”.

O, həmçinin bildirir ki, hazırda "Azmeat” qonşu İrana ət ixrac edir, Birləşmiş Ərəbə Əmirliklərinə (BƏƏ) ixracla bağlı isə danışıqlar aparır:

"İran İslam Respublikası bizim müəssisəyə lisenziya verib. Hazırda isə BƏƏ-nin Ekologiya və Nəzarət Nazirliyi ilə əməkdaşlıq edirik. Onların nümayəndələri "Azmeat”də olub. Lisenziya aldıqdan sonra bu ölkənin də bazarına çıxmağı planlaşdırırıq”.

İcmal.Az

RƏYLƏR