AzTU-da könüllü qanvermə aksiyası təşkil olunub

OXUNUB: 1069 QHT
Martın 9-da Azərbaycan Texniki Universitetidə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə "Qızıl Aypara Günü” münasibətilə irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qanvermə aksiyası təşkil olunub. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 7 aprel tarixli Sərəncamı ilə hər il martın 10-u ölkəmizdə "Qızıl Aypara Günü” kimi qeyd edilir. Aksiyada AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov və Azərbaycan Talassemiya Federasiyasının (ATF)-nın İdarə Heyətinin sədr müavini Fuad Rəsul iştirak ediblər. Müəllim və tələbələrinin qatıldığı aksiyada toplanan qan ehtiyatı talassemiya xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsində istifadə ediləcəkdir.

RƏYLƏR