Azyaşlı idmançılara dərman verib təcavüz etdilər - DƏHŞƏT

OXUNUB: 1577 İDMAN

Polşa Velosiped Federasiyası təcavüz qalmaqalı ilə çalxalanır.

Maliyyə sənədlərində fırıldaqçılıq fakları aşkarlanın federasiyanın bəzi vəzifəli şəxslərinin aralarında yetkinlik yaşına çatmayanların da olduğu bəzi idmançılara dərman verərək təcavüz etdiyi üzə çıxıb. 

Polşanın idman naziri Vitold Banka federasiya rəhbərliyini dərhal istefa verməyə çağırıb. Federasiya prezidenti Dariuş Banaçek isə bu tələbi rədd edib.

Hər şey borc içində batan Polşa Velosiped Federasiyasında başlayan yoxlamalar zamanı üzə çıxıb. Federasiya haqqında uzun müddətdi yayılan iddiaları araşdırmaq və vəziyyəti düzəltmək üçün prezident Dariuş Banaçekin çağrışı ilə yoxlamalar başlayıb. Yoxlama aparan audit təşkilatı çox sayda saxtakarlıq faktı aşkarlayıb, bəzi işlərin müqaviləsiz görüldüyünü müəyyənləşdirib. Məlum olub ki, idmançılar xaricdəki bəzi yarışlara sığortasız aparılıb və başqa qanunsuzluqlar aşkarlanıb. 

Audit tşəkilatı federasiyadakı bəzi rəsmi şəxslərin himayələri altında olan idmançıları təhdid etdiyini müəyyənləşdirib. Araşdırmalar zamanı bəlli olub ki, hətta yetkinlik yaşına çatmayan idmançılar da təcavüzə məruz qalıb. Onların bəzilərinin içkilərinə dərman atılaraq təcavüz ediblər. Bir sıra məşqçilərlə yanaşı, federasiya direktoru və həkiminin adının da qarışdığı dəhşətli olayla bağlı prokurorluq cinayət işi açıb.

 

Dariuş Banaçek və 4 federasiya rəsmisi idman nazirinin istefa çağırışını rədd edib. Onlar 21 dekabrda keçiriləcək konqresə qədər işlərində qalacaqlarını açıqlayıblar.

Təxminən bir ildi prezident vəzifəsini tutan Dariuş Banaçek baş verən cinayət hadisələrinin 10 ildi davam etdiyini, özündən əvvəlki prezidentlərin istefa vermədiyi halda, ondan bu tələbin edilməsini başa düşmədiyini söyləyib. Federasiyada yoxlamaları məhz özünün istədiyini deyən prezident heç nəyə görə günahkar olmadığını bildirib./fanat

İcmal.Az

RƏYLƏR