Azyaşlı kəbinləri Milli Məclisin gündəmində

OXUNUB: 483 SOSİAL

Azərbaycanda din xadimlərinin azyaşlıya kəbin kəsməsi halları mövcuddur.

İcmal.Az xəbər verir ki, bunu Milli Məclisdə (MM) keçirilən ictimai müzakirələrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

G.İsmayılovun sözlərinə görə, belə faktlara görə cinayət məsuliyyətinə cəlb olunanlar da var.

"Dini nikahla bağlı Qafqaz Müsəlmanları İdarəsi fitva verib. Amma gəlin, görək, buna əməl olunurmu? Təəssüf ki, yox.

Bəzən rəsmi təyinat almayan din xadimi fəaliyyət göstərir, dini nikahla bağlı fitvaya əməl etmir. Belələri hətta azyaşlıya da kəbin kəsirlər” - deyə, o, sözlərinə əlavə edib.

İcmal.Az

RƏYLƏR