Baba Rzayevin vəzifədən qovdurduğu rəis bir gün sonra işə bərpa edildi

OXUNUB: 73 GÜNDƏM İQTİSADİYYAT
"Azərenerji” ASC-nin sədri Baba Rzayevin tələbi ilə vəzifəsindən azad olunan rəis bir gün sonra yenidən öz işinə bərpa olunub.
İcmal.Az xəbər verir ki, bu haqda məlumatı Bizimyol.info yayıb. Xəbərə görə, "Azərişıq” ASC-nin enerji satışı departamentinin rəis müavini Rauf Əhmədov may ayının 30-da vəzifəsindən azad edilin. Lakin bir gün sonra Rauf Əhmədovun işdən uzaqlaşdırılması ilə bağlı əmr ləğv edilərək yenidən işinə bərpa olunub və şəxsi işinə işlənilməklə ona şiddətli töhmət elan edilib.

Məlumata görə, Rauf Əhmədovun vəzifəsindən uzaqlaşdırılmasına səbəb onun təklifi ilə ASC-nin sədr müavini Ramil Yusifovun bir neçə rəisin yerini dəyişməsi olub. "Azərenerji” ASC-nin rəhbəri Baba Rzayev isə Rauf Əhmədovun bu hərəkətindən narazı qaldığı üçün onun işdən çıxarılmasını tələb edib. Lakin hansısa səbəbdən onu yenidən işinə bərpa etmək məcburiyyəti yaranıb. 

Xatırladaq ki, Oxu.Az saytı Şəmkir rayon elektrik şəbəkəsinin rəisi Vaqif Məmmədov Göygöl rayonuna, Qazax rayonun rəisi Elşad Məmmədov Ağstafa rayonuna, eyni zamanda, Ağıstafa rayon elektrik şəbəkəsinin rəisi Vasif Məmmədov Gədəbəyə, həmin rayonun rəisi Akif Səlimov Qazax rayonuna rəis vəzifəsinə təyinat alması ilə bağlı məlumat yaymışdı.
 
 
 
 
İcmal.Az

RƏYLƏR