“Baby Star” uşaq bağçasında biabırçılıq - SÖZ OXUCUDA!

OXUNUB: 933 GÜNDƏM Özəl HADİSƏ İQTİSADİYYAT

Bakının "Neftçilər” metro stansiyasının yaxınlığında yerləşən "Baby Star” uşaq bağçasından şikayət var.

 

Adının çəkilməsini istəməyən şikayətçi "İndex”ə bildirib ki, o, bu günlərdə 2 yaşlı oğlunu bağçaya yazdırmaq istəyirkən oradakı şəraitlə tanış olub: "Neçə vaxtdır uşağa bağça axtarırıdıq. Dünən adıçəkilən bağçaya baxmağa getdik və gördüyümüz mənzərənin qabağında sözün əsl mənasında şok olduq. Əvvəla, bizi qarşılayan olmadı. Özümüz qəbul şöbəsinə (reseption) yaxınlaşdıq. Bağçayla bizi tanış edərkən tualetə baxdıq. Deməli, 1 otaqda 4 uşaq unitazı və arakəsmə yox idi. Yəni, oğlan və ya qız eyni otaqda bir-birlərini görərək təbii ehtiyaclarını ödəyirlər. Yer isə su idi”.


Şikayətçi bildirir ki, bağça yeni təmirdən çıxdığı üçün hər yerdə dağınıq şəkildə tikinti materiallarını görmək olardı: "Bunları görmək bizə artıq kifayət etmişdi ki, bağçanı tərk edək”.

 

Həmsöhbətimizin sözlərinə görə, bağçadan çıxanda şəkildəki mənzərə ilə rastlaşdı: "Bütün uşaqlar bu gölməçənin içində oynayır, oyuncaqlarını yuyurdular. Kiminin üstü yaş, kimi vedrəyə su doldurub aparır. Kənarda duran 3 müəlimə isə bir-biri ilə söhbət edir. Heç uşaqlara baxmır”. Şikayətçi dözməyərək müəllimələrə yaxınlaşıb və iradını bildirib. Əvəzində belə bir cavab alıb: "Bizə o uşağın anası deyib ki, nə istəsə, icazə verin eləsin!"

 

Şikayətçi onu da vurğulayıb ki, bağçada 1 uşağa görə aylıq ödəniş 420 manat təşkil edir.

 

Sonda oxucumuz digər valideynlərə də səslənib: "Övladınıza yazığınız gəlsin! Əsla bu baxçaya yazdırmayın!”

 

İcmal.Az

RƏYLƏR