Bağçada körpənin xəsarət almasına görə iki nəfər işdən çıxarılıb

OXUNUB: 580 SOSİAL

Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında körpənin xəsarət alması ilə bağlı təfərrüatlar məlum olub.

Gəncə Şəhər İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, azyaşlının  üzünə dağ basılması iddiası əssassızdır: 

"Dünən Əliyev Hüseyn Cəmil oğlu digər bağça yoldaşı İsmayılova Sara Hüseyn qızını dişləyib. Dərhal uşağın üzünə kompres qoyulub və xəstəxanaya aparılıb. Hazırda evə buraxılıb”.

Məlumatda qeyd edilib ki, işində göstərdiyi səhlənkarlığa görə bağçanın tərbiyəçisi İsmayılova Gülnarə Qəzənfər qızı və sanitar dayəsi Zeynalova Solmaz Hüseyn qızı işdən çıxarılıb, bağçanın müdiri Günay İsmayılovaya töhmət verilib.

İcmal.Az

RƏYLƏR