Bacılar vida videosu çəkib intihar etdilər

OXUNUB: 630 DÜNYA

Rusiyada hüquq-mühafizə orqanları İjevskdə, fevralın 19-da meyitləri hündürmərtəbəli binalardan birinin yaxınlığında aşkarlanmış iki yeniyetmə qızın ölüm səbəbi və hallarını araşdırır.

İcmal.Az "İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Udmurtiya başçısı yanında uşaq hüquqları üzrə səlahiyyətli nümayəndə Olqa Avdeyeva açıqlama verib.

Açıqlamaya görə, qızlardan birinin 12, digərinin 15 yaşı olub. Yaxın zamanda həlak olan qızların valideynləri müstəntiqlər tərəfindən sorğu-sual olunacaq.

İlkin məlumatlara əsasən, ölən qızlar ögey bacı olublar. Onlardan biri ölümündən əvvəl "Instagram” səhifəsində onların sonuncu foto və videosunu paylaşıb.

Videoda qız ailə üzvlərinə yaşatdığı acıya görə üzr istəyib. Şərhlərdə istifadəçilər qızların ailə üzvlərinin, dostlarının onların intihar etmək niyyətlərindən bixəbər olmasından hiddətləndiklərini ifadə ediblər.

Ötən ilin oktyabr ayında son 30 ildə uşaqlar və yeniyetmələr arasında intihar hallarının əhəmiyyətli dərəcədə artdığı və bunun Rusiyada çoxluq təşkil etdiyi məlum olub.

Bu ölkədə hər yüz min ölümə 11,5 intihar halı düşür. Maraqlıdır ki, bütün dünyada bu göstərici – 7,4 intihar halına bərabərdir.

İcmal.Az

RƏYLƏR